Müəssisə: QIDA -AGRO MMC
Tələblər:
- Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
- Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
- Bütün bölmələrlə iş əlaqəsi saxlamaq.
- Təhlükəsiz iş şəraiti yaratmaq və buna əmin olduqdan sonra işə başlamaq.
- Növbəyə başlamazdan əvvəl avtomatika cihaz və avadanlıqlarının vəziyyəti ilə tanış olmaq.
- Verilmiş iş və tapşırıqları vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə yerinə yetirmək.
- Əmanət olunmuş avadanlıq, ehtiyat hissələri və alətlərdən düzgün və səmərəli istifadə etmək.
- İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək və təhlükəsizlik qaydalarına əməl etmək.
- Görülmüş işlər barədə rəhbərliyə vaxtında məlumat vermək.
- İntizam qaydalarına və şirkətin prosedur qaydalarına əməl etmək.
- Tez-tez təkrarlanan problemlərin araşdırılmasında iştirak etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək.
- Əmək funksiyasını icra edərkən özünü və digər işçiləri təhlükəyə məruz qoymamaq, şəxsi icazə olmadan təhlükəli sahələrdə işləməmək.
- Xüsusi geyim və ayaqqabıda işləmək, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə etmək.
- Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəzalar və bədbəxt hadisələr barədə dərhal rəhbərliyə məlumat vermək.
- İş prosesi və məhsul istehsalı zamanı baş verə biləcək qida təhlükəsizliyi risklərini nəzərə almaq və onların qarşısını almaq.
İş vaxtı:
- Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- İmişli rayonu
- Qida-Agro MMC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan link ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Avtomatika üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.