Vəzifəyə tələblər:
- Aidiyyati sahə üzrə ali təhsil;
- Minimum 5 il aqronomluq sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Bitki mühafizəsi, gübrələmə, suvarma və torpaq analizi üzrə dərin biliklər;
- Müasir kənd təsərrüfatı texnologiyalarını (pivot suvarma, damcı suvarma və s.) bilmə;
- Aqrar proqram təminatları və MS Office (xüsusilə Excel) üzrə işləmə bacarığı;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti;
- Komanda idarəetmə və liderlik bacarıqları.
Vəzifə öhdəlikləri:
- Əkin planlarının hazırlanması və icrasına nəzarət;
- Bitkiçilik proseslərinin (əkin, becərmə, gübrələmə, suvarma, yığım) planlaşdırılması və idarə olunması;
- Torpaq analizlərinin təşkili və nəticələrə uyğun aqrotexniki tədbirlərin müəyyən edilməsi;
- Bitki xəstəlikləri və zərərvericilərə qarşı mübarizə tədbirlərinin hazırlanması və tətbiqinə nəzarət;
- Gübrə və pestisidlərin düzgün seçilməsi və istifadəsinə nəzarət;
- Suvarma sistemlərinin effektiv işləməsinin təmin edilməsi (pivot, damcı və s.);
- Məhsuldarlığın artırılması üçün yeni texnologiyaların və innovativ üsulların tətbiqi;
- Sahə işçilərinin (aqronomlar, fəhlələr) işinin koordinasiyası;
- Büdcə planlaması və xərclərin optimallaşdırılması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Dövlət qurumları və təchizatçılarla əlaqələrin qurulması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baş aqronom (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.