Baş Aşpaz

  • Deadline 21 November 2025

Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

  • Ali təhsil (qida texnologiyası, xidmət sahəsi üstünlükdür).
  • Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
  • Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
  • Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
  • Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
  • Yüksək məsuliyyət və diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Rəhbərin verdiyi təlimatları vaxtında və düzgün şəkildə yerinə yetirmək.
  • Hazırlanmış yeməyi təqdimatdan əvvəl yoxlamaq və mövcud nöqsanları aradan qaldırmaq.
  • Həftəlik yemək menyusunun hazırlanmasında yeməkxana nəzarətçisi ilə birlikdə iştirak etmək, şöbə və işçi sayını nəzərə almaq.
  • Növbəti gün üçün tələb olunan ərzaqların miqdar, çəki və keyfiyyət üzrə qeydiyyatını aparmaq, uyğun olmayan məhsullar olduqda akt tərtib edilməsində iştirak etmək.
  • Yeməklərin ön hazırlıq mərhələlərinə (təmizləmə, doğrama, marinadlama və s.) nəzarət etmək.
  • Ehtiyac olan ərzaqların alınmasına və yeməkxanaya çatdırılmasına nəzarət etmək.
  • Yeməklərin bişirilməsinə dair dəqiq göstərişlər vermək.
  • Aşpaz və aşpaz köməkçisinin fəaliyyətinə nəzarət etmək.
  • Yeməkxana nəzarətçisi olmadığı hallarda yeməkxananın təmizliyinə nəzarət etmək.
  • Zəruri hallarda digər aşpazlara və komanda üzvlərinə yemək bişirilməsində yardım etmək.
  • Yeməkxanada həşərat və gəmiriciləri müşahidə etdikdə dərhal rəhbərliyə məlumat vermək.
  • İstifadəsində olan avadanlıqlardan düzgün istifadə etmək və onların təmiz saxlanmasına nəzarət etmək.
  • Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək və onlara tam əməl etmək.
  • İş zamanı özünün və digər əməkdaşların təhlükəsizliyini təmin etmək.
  • Qida təhlükəsizliyi ilə bağlı istehsal zamanı yarana biləcək risklərə görə məsuliyyət daşımaq.

İş vaxtı:

  • Həftə içi 5 gün (09:00-18:00)

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • İmişli rayonu
  • Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Baş Aşpaz (İmişli) - 27262” qeyd etməyiniz xahiş olunur.

  • Daily116
  • Weekly349
  • Monthly1919