Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil (qida texnologiyası, xidmət sahəsi üstünlükdür).
- Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
- Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
- Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
- Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
- Yüksək məsuliyyət və diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Rəhbərin verdiyi təlimatları vaxtında və düzgün şəkildə yerinə yetirmək.
- Hazırlanmış yeməyi təqdimatdan əvvəl yoxlamaq və mövcud nöqsanları aradan qaldırmaq.
- Həftəlik yemək menyusunun hazırlanmasında yeməkxana nəzarətçisi ilə birlikdə iştirak etmək, şöbə və işçi sayını nəzərə almaq.
- Növbəti gün üçün tələb olunan ərzaqların miqdar, çəki və keyfiyyət üzrə qeydiyyatını aparmaq, uyğun olmayan məhsullar olduqda akt tərtib edilməsində iştirak etmək.
- Yeməklərin ön hazırlıq mərhələlərinə (təmizləmə, doğrama, marinadlama və s.) nəzarət etmək.
- Ehtiyac olan ərzaqların alınmasına və yeməkxanaya çatdırılmasına nəzarət etmək.
- Yeməklərin bişirilməsinə dair dəqiq göstərişlər vermək.
- Aşpaz və aşpaz köməkçisinin fəaliyyətinə nəzarət etmək.
- Yeməkxana nəzarətçisi olmadığı hallarda yeməkxananın təmizliyinə nəzarət etmək.
- Zəruri hallarda digər aşpazlara və komanda üzvlərinə yemək bişirilməsində yardım etmək.
- Yeməkxanada həşərat və gəmiriciləri müşahidə etdikdə dərhal rəhbərliyə məlumat vermək.
- İstifadəsində olan avadanlıqlardan düzgün istifadə etmək və onların təmiz saxlanmasına nəzarət etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək və onlara tam əməl etmək.
- İş zamanı özünün və digər əməkdaşların təhlükəsizliyini təmin etmək.
- Qida təhlükəsizliyi ilə bağlı istehsal zamanı yarana biləcək risklərə görə məsuliyyət daşımaq.
İş vaxtı:
- Həftə içi 5 gün (09:00-18:00)
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- İmişli rayonu
- Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş Aşpaz (İmişli) - 27262” qeyd etməyiniz xahiş olunur.