Baş Kimyaçı

  • Истекает 7 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərsun Holding olaraq, Keyfiyyət Təminatı Direktorluğunun Mərkəz Laboratoriya bölümünə təcrübəli kimyaçı axtarırıq. Bu vəzifənin əsas məqsədi laboratoriya proseslərinin optimallaşdırılması və daha da effektiv fəaliyyətini təmin etmək, yeni metodikaların tətbiqi ilə müəssisənin keyfiyyət sahəsində yenilikləri təmin etməklə bazar rəqabətinə dayanıqlılığını artırılmasında iştirak etməkdir.

Vəzifə öhdəlikləri:

  • Laboratoriyaya daxil olan nümunələrdə dövlət standartında tələb olunan analizlərin uyğun metodlarla aparılmasını, nümunə və analiz nəticələri qeydiyyatının  prosedura uyğun şəkildə aparılmasını, qeydlərin düzgün şəkildə mühafizə edilməsini və istənilən zaman əldə edilə bilən olmasını təmin etmək;
  • Yeni uyğun sınaq metodlarını hər tərəfli araşdıraraq laboratoriyada tətbiqini təmin etmək;
  • Analiz metodlarının qismən dəyişdirilməsi, yenilənməsi, başqaları ilə əvəz olunması haqqında təkliflər vermək;
  • Analiz nəticələrinin hesablanmasını, ən qısa zamanda düzgün şəkildə raporlanmasını və əlaqədar şəxslərə göndərilməsini təmin etmək;
  • Laboratoriyanın ISO 17025:2020 standartına uyğun akkreditasiya auditlərinə hazırlığını təşkil etmək;
  • Sınaq metodlarının validasiyasını, verifikasiyasını, qeyri-müəyyənliyinin hesablanmasını, təkrarlanabilirlik və təkrar hasilediləilirlik hesablarının aparılmasını təşkil etmək, müvafiq hesabatları tərtib etmək;
  • Laboratoriyalarda iş təlimatlarının yazılmasını və vaxtaşırı tələb olunan dəyişikliklərin aparılmasında iştirak etmək
  • İş yerini, istifadə etdiyi avadanlığı, cihazları təmiz və işə hazır vəziyyətdə saxlamaq;
  • Rəhbərliyin tələbi ilə yeni analiz metodları, cihaz və avadanlıqlar araşdırmaq, cihazları quraşdırmaq və işə salmaq, yeni analiz metodlarının tətbiqini həyata keçirmək;
  • Cihazlarda nasazlıqlar yarandıqda təmir/baxım işlərini aparmaq
  • Laboratoriyada istifadə olunan qeydiyyat formlarını vaxtı-vaxtında doldurmaq;
  • Reaktivləri qəbul etmək, anbar siyahısına yazmaq, miqdarı azalan reaktivləri müəyyən etmək və raporlamaq;
  • Cihazlarda vaxtı-vaxtında ara yoxlamalar aparmaq və cihazları kalibrasiya etmək;
  • Laboratoriyada Fiziki-kimyəvi analizlər üzrə beynəlxalq və yerli qarşılıqlı/müqayisəli sınaqların aparılmasında iştirak etmək, müqayisəli sınaq nəticələrinin raporlarını hazırlayıb rəhbərliyə təqdim etmək, uyğunsuzluq aşkar edilən sınaq nəticələri olduqda Düzəlişedici fəaliyyətin həyata keçirilməsini təmin etmək;
  • Laboratoriya personalı və cəlb edilən təcrübəçilərin nəzəri və praktik tədrisini təmin etmək, sınaq müddəti ərzində nəzarətdə saxlamaq;
  • Müasir və klassik analiz metodları sahəsində şirkətdaxili seminar və praktik təlimlərin keçirilməsini təşkil etmək.
  • Sahəsi üzrə trendləri və yenilikləri izləmək, gərəkdiyində tətbiq etmək.

Tələblər:

  • Kimya və ya Kimya mühəndisi ixtisası üzrə ali təhsilin olması vacibdir.
  • Kimya sahəsi üzrə minimum 3 il iş təcrübəsi olması vacibdir.
  • Azərbaycan Respublikasının Qida təhlükəsizliyi, Sanitariya-Gigiyena və həmçinin qida ilə bağlı digər normativ hüquqi aktların tələblərini bilməli;
  • Laboratoriya fəaliyyətini tənzimləyən ISO 17025:2020 standartının tələblərini bilməlidir,
  • Əmək funksiyalarının icrası üçün zəruri olan beynəlxalq (ISO, GOST, WHO, FDA, Codex Alimentarius) standartların tələblərini bilməli və ya onlar araşdırmağı bilməlidir;
  • Laboratoriya cihazları ilə rəftarı xüsusilə onlara texniki qulluğu bacarmalıdır;
  • Cihazların kalibrasiya edilməsi barədə məlumatlı olmalıdır;
  • Microsoft Office (Word, Excel, Outlook, 1C) proqramlarında işləmə bacarığı olmalıdır.
  • Azərbaycan, ingilis və rus dillərini bilməli,

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Baş Kimyaçı” qeyd edilməlidir.

  • Daily0
  • Weekly560
  • Monthly577