Azersun Holding Azersun Holding
  • 194

Baş Ofisiant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Ofisiant

  • Deadline 7 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisə:  Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi

Vəzifəyə tələblər:

  • Orta ixtisas və ya ali təhsil arzuolunandır.
  • Restoran, hotel və ya ictimai iaşə sahəsində iş təcrübəsi.
  • Xüsusilə rəhbər və ya böyük ofisiant vəzifəsində təcrübənin olması üstünlükdür. 
  • Müştəri xidməti və xidmət standartları üzrə biliklər.
  • Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı.
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarığı.
  • Stressli vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı.
  • Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı.
  • Xarici görünüş və şəxsi gigiyena qaydalarına diqqət yetirmək.
  • Məsuliyyətli, intizamlı və operativ olmaq.

Vəzifə öhdəlikləri:

  • Ofisiantların gündəlik iş bölgüsünü həyata keçirmək və işçilərin fəaliyyətini koordinasiya etmək.
  • Müştərilərin qarşılanması, yerləşdirilməsi və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək.
  • Ofisiantların xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək.
  • Restoran zalının işə başlamazdan əvvəl hazırlanmasına, masa və digər xidmət sahələrinin səliqəli vəziyyətdə olmasına nəzarət etmək.
  • Menyunun, süfrə ləvazimatlarının və digər xidmət vasitələrinin hazır vəziyyətdə olmasını təmin etmək.
  • Müştərilərin sifarişlərinin düzgün qəbul edilməsinə və vaxtında təqdim olunmasına nəzarət etmək.
  • Sifarişlərin mətbəxə və digər aidiyyəti bölmələrə düzgün çatdırılmasını koordinasiya etmək.
  • Müştərilərdən daxil olan irad və təklifləri qəbul etmək, onların operativ şəkildə həll edilməsini təmin etmək.
  • Xidmət zamanı yaranan problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək.
  • Yeni işə başlayan ofisiantların iş prosesinə uyğunlaşmasına və xidmət standartlarını mənimsəməsinə dəstək olmaq.
  • Müştərilərə təqdim olunan məhsul və xidmətlər barədə ofisiantların düzgün məlumatlandırılmasını təmin etmək.
  • Hesabların müştərilərə düzgün təqdim edilməsinə və ödəniş prosesinin müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək.
  • Müəssisənin xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək.

İş vaxtının norması:

  • Növbəli iş rejimi.
  • Həftəlik istirahət günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan:  Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş ofisiant” qeyd etməyiniz xahiş olunur.

  • Daily136
  • Weekly136
  • Monthly617