Müəssisə: Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi
Vəzifəyə tələblər:
- Orta ixtisas və ya ali təhsil arzuolunandır.
- Restoran, hotel və ya ictimai iaşə sahəsində iş təcrübəsi.
- Xüsusilə rəhbər və ya böyük ofisiant vəzifəsində təcrübənin olması üstünlükdür.
- Müştəri xidməti və xidmət standartları üzrə biliklər.
- Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı.
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı.
- Stressli vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı.
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı.
- Xarici görünüş və şəxsi gigiyena qaydalarına diqqət yetirmək.
- Məsuliyyətli, intizamlı və operativ olmaq.
Vəzifə öhdəlikləri:
- Ofisiantların gündəlik iş bölgüsünü həyata keçirmək və işçilərin fəaliyyətini koordinasiya etmək.
- Müştərilərin qarşılanması, yerləşdirilməsi və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək.
- Ofisiantların xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək.
- Restoran zalının işə başlamazdan əvvəl hazırlanmasına, masa və digər xidmət sahələrinin səliqəli vəziyyətdə olmasına nəzarət etmək.
- Menyunun, süfrə ləvazimatlarının və digər xidmət vasitələrinin hazır vəziyyətdə olmasını təmin etmək.
- Müştərilərin sifarişlərinin düzgün qəbul edilməsinə və vaxtında təqdim olunmasına nəzarət etmək.
- Sifarişlərin mətbəxə və digər aidiyyəti bölmələrə düzgün çatdırılmasını koordinasiya etmək.
- Müştərilərdən daxil olan irad və təklifləri qəbul etmək, onların operativ şəkildə həll edilməsini təmin etmək.
- Xidmət zamanı yaranan problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək.
- Yeni işə başlayan ofisiantların iş prosesinə uyğunlaşmasına və xidmət standartlarını mənimsəməsinə dəstək olmaq.
- Müştərilərə təqdim olunan məhsul və xidmətlər barədə ofisiantların düzgün məlumatlandırılmasını təmin etmək.
- Hesabların müştərilərə düzgün təqdim edilməsinə və ödəniş prosesinin müəyyən edilmiş qaydalara uyğun aparılmasına nəzarət etmək.
- Müəssisənin xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək.
İş vaxtının norması:
- Növbəli iş rejimi.
- Həftəlik istirahət günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş ofisiant” qeyd etməyiniz xahiş olunur.