Vəzifəyə tələblər:
- Aidiyyati sahə üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
- Heyvanların vaksinasiyasını sistemli və müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək;
- Heyvanların sağlamlıq vəziyyətini gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq;
- Xəstə heyvanların baxımını və müalicəsini həyata keçirmək;
- Heyvanların xəstəliklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək;
- Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və müvafiq tədbirlər həyata keçirmək;
- Xəstəliklərin, aparılan müalicələrin və vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq;
- Xəstəliyin səbəbinin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların hazırlanmasını təmin etmək;
- Xəstə heyvanların karantin rejiminə və müvafiq baytarlıq tələblərinə riayət olunmasına nəzarət etmək;
- Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq baytarlıq xidmətlərini və müalicə tədbirlərini icra etmək.
İş vaxtının norması:
- 6 günlük iş rejimi.
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş Yeri:
- Kürdəmir rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.