Brend Menecer

  • Истекает 14 июнь 2025

Müəssisə:  AZ DUZ İSTEH. BIRLIYI QSC

Tələblər:

  • Marketinq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə üzrə ali təhsil
  • Minimum 3 illik brend və ya marketinq sahəsində təcrübə
  • Brend strategiyası qurmaq və onu kommunikasiya planına çevirmək bacarığı
  • Analitik düşüncə və bazar yönümlü qərarvermə qabiliyyəti
  • MS Office, təqdimat və planlama alətləri ilə işləmə bacarığı
  • Komanda işi və agentliklərlə koordinasiyanı peşəkar idarə edə bilmək
  • Yaradıcı yanaşma, detallara diqqət və vaxtında nəticə çatdırmaq vərdişi

Vəzifə öhdəlikəri:

  • Brend strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Brendin bazardakı mövqeyini gücləndirəcək yaradıcı kampaniyaların planlanması və icrası
  • Reklam və dizayn agentlikləri ilə effektiv əməkdaşlıq və yönləndirmə
  • Satış analizləri və bazar araşdırmaları əsasında brend inkişafına dair qərarların verilməsi
  • Məhsul portfelinin idarə olunması: satış performansının izlənməsi, zəif nöqtələrin təhlili və tədbirlərin planlaşdırılması
  • Etiket dizaynlarının və məhsul məlumatlarının sistemlərdə yoxlanılması və uyğunluğunun təmin edilməsi
  • Bazar trendlərinin təqibi və yenilikçi brend təşəbbüslərinin hazırlanması
  • PR və kommunikasiya materiallarının – o cümlədən press-relizlərin hazırlanması
  • Sosial media və veb səhifə fəaliyyətlərinin brend strategiyasına uyğun şəkildə idarə olunması
  • Rəqib brendlərin təhlili və qiymət dəyişikliklərinin rəhbərliyə hesabat formasında təqdim edilməsi
  • Brendin sərgilərdə, tədbirlərdə və digər platformalarda peşəkar şəkildə təmsil olunması

İş Yeri: Bakı şəhəri
İş Qrafiki: 5 günlük, 09:00-18:00

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Brend Menecer” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

  • Daily148
  • Weekly653
  • Monthly1404