Müəssisə: AZ DUZ İSTEH. BIRLIYI QSC
Tələblər:
- Marketinq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 3 illik brend və ya marketinq sahəsində təcrübə
- Brend strategiyası qurmaq və onu kommunikasiya planına çevirmək bacarığı
- Analitik düşüncə və bazar yönümlü qərarvermə qabiliyyəti
- MS Office, təqdimat və planlama alətləri ilə işləmə bacarığı
- Komanda işi və agentliklərlə koordinasiyanı peşəkar idarə edə bilmək
- Yaradıcı yanaşma, detallara diqqət və vaxtında nəticə çatdırmaq vərdişi
Vəzifə öhdəlikəri:
- Brend strategiyasının hazırlanması və həyata keçirilməsi
- Brendin bazardakı mövqeyini gücləndirəcək yaradıcı kampaniyaların planlanması və icrası
- Reklam və dizayn agentlikləri ilə effektiv əməkdaşlıq və yönləndirmə
- Satış analizləri və bazar araşdırmaları əsasında brend inkişafına dair qərarların verilməsi
- Məhsul portfelinin idarə olunması: satış performansının izlənməsi, zəif nöqtələrin təhlili və tədbirlərin planlaşdırılması
- Etiket dizaynlarının və məhsul məlumatlarının sistemlərdə yoxlanılması və uyğunluğunun təmin edilməsi
- Bazar trendlərinin təqibi və yenilikçi brend təşəbbüslərinin hazırlanması
- PR və kommunikasiya materiallarının – o cümlədən press-relizlərin hazırlanması
- Sosial media və veb səhifə fəaliyyətlərinin brend strategiyasına uyğun şəkildə idarə olunması
- Rəqib brendlərin təhlili və qiymət dəyişikliklərinin rəhbərliyə hesabat formasında təqdim edilməsi
- Brendin sərgilərdə, tədbirlərdə və digər platformalarda peşəkar şəkildə təmsil olunması
İş Yeri: Bakı şəhəri
İş Qrafiki: 5 günlük, 09:00-18:00
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Brend Menecer” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.