Brend Menecer

  • Deadline 7 September 2025

Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC

Tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqədar ixtisaslar üzrə);
  • Brend menecment sahəsində minimum 3 illik iş təcrübəsi (FMCG sahəsində təcrübə üstünlükdür);
  • Satış, bazar və rəqəmsal məlumatların təhlili üzrə bacarıq və analitik yanaşma;
  • Yaradıcı düşüncə və strateji planlaşdırma qabiliyyəti;
  • Layihələrin idarə olunması və komandalararası effektiv əməkdaşlıq bacarığı;
  • Rus və İngilis dili biliyi arzuolunandır;
  • MS Office proqramları, SAP və digər daxili ERP sistemləri ilə iş təcrübəsi (arzuolunandır).

Əsas vəzifə öhdəlikləri:

  • Brend imicinin gücləndirilməsi və möhkəmləndirilməsi məqsədilə yeni brend kampaniyalarının planlaşdırılması, icrası və monitorinqi;
  • Yaradıcı agentliklərə briflərin hazırlanması, kampaniya materiallarının brend ünsiyyət standartlarına uyğunluğuna nəzarət və ümumi prosesin koordinasiyası;
  • Brend kampaniyaları üzrə performans göstəricilərinin izlənməsi, təhlili və hesabatların hazırlanması;
  • Reklam materiallarının dizaynı üçün aidiyyəti agentliklərin məlumatlandırılması, sistemdə kodların yaradılması və satış nöqtələrində düzgün tətbiqinin təmin edilməsi;
  • Görülmüş işlərə dair ödəniş sənədlərinin qəbulu, daxili satınalma sistemində tələbin yaradılması və ödənişin icrasına nəzarət;
  • Yeni məhsullar üzrə daxili sistemlərdə məhsul və etiket tələblərinin yaradılması və prosesi dəstəkləmək;
  • Müntəzəm satış analizlərinin aparılması, nəticələrə əsasən brend inkişafı istiqamətində tədbirlərin təklif edilməsi;
  • TV, rəqəmsal və digər media kanallarında yayımlanan reklamların effektivliyinin izlənilməsi və optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Agentliklər tərəfindən təqdim edilən media və rəqəmsal planların dəyərləndirilməsi və müvafiq geribildirimin verilməsi;
  • Rəqabət analizlərinə əsasən məhsul və qiymət strategiyalarının hazırlanması;
  • Kanal, marka və kateqoriya üzrə orta və uzunmüddətli strategiyaların formalaşdırılması və həyata keçirilməsi;
  • Satınalma sistemində xidmət və promosyon tələblərinin yaradılması və icrasına nəzarət;
  • Barkod təminatı proseslərinin koordinasiyası.

Biz Sizə Təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Karyera inkişafı üçün peşəkar mühit və təlim imkanları;
  • Açıq və dəstəkləyici korporativ mədəniyyət.

İş şəraiti

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Brend Menecer qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly478
  • Monthly597