Brend Menecer (Sun Food MMC)

  • Deadline 14 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:  

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
  • Rus dilini və İngilis dili biliyi;
  • MS office proqram paketini yaxşı səviyyədə bilməli:

Vəzifə Öhdəlikləri:

  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi  üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
  • Yaradıcı agentliyə  marka ünsiyyət dilinə uyğun brif verilməsi və prosesin idarə edilməsi;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
  • Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və  sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
  • Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
  • Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
  • Mütəmadi olaraq satış analizlərinin  hesabatlarının verilməsi və analiz  nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
  • Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
  • Məsul olduğu kateqori, marka portfelində  məhsul satışlarını izlənilməsi  lazımi optimizasiya təkliflərinin verilməsi;
  • Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
  • Marketing büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
  • Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
  • Ticarət marketinq  və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
  • Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan  məhsullarla ilgili önləm  alınması üçün satış və ticari  marketinq komandasının məlumatlandırılması;
  • Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;
  • Kateqoriya, marka və kanal strategiyalarının hazırlanması;
  • Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatların verilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi:

İş Qrafiki: Həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend Menecer (Sun Food MMC)” qeyd etməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019