Büdcə və hesabatlılıq üzrə mütəxəssis

  • Deadline 25 October 2025

Müəssisə: BAZARSTORE MMC

İlkin tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil
  • Büdcə və maliyyə hesabatları üzrə minimum 2 il iş təcrübəsi
  • Retail sektoru üzrə iş təcrübəsi üstünlükdür
  • Maliyyə proqramları və MS Office proqramları üzrə (xüsusilə Excel) yüksək biliklər
  • Analitik düşüncə və diqqətlilik
  • Yaxşı kommunikasiya bacarıqları və komandada işləmək qabiliyyəti
  • İngilis dili əlavə üstünlükdür

Əsas vəzifələr və öhdəliklər:

  • İllik və aylıq büdcələrin hazırlanması və təhlili
  • Maliyyə hesabatlarının vaxtında və dəqiq hazırlanması (gəlir və xərclər hesabatları, balans hesabatları və s.)
  • Büdcə icrasının izlənilməsi və fərqliliklərin analiz edilməsi
  • Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə təqdimatı
  • Əməliyyat xərclərinin idarə olunması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması

İş vaxtının norması: 5 günlük iş rejimi;

İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və hesabatlılıq üzrə mütəxəssis Bazarstore - 27295” qeyd etməyiniz xahiş olunur.

  • Daily59
  • Weekly541
  • Monthly2411