Müəssisə: AZ KAĞIZ VƏ KARTON ASC
Tələblər:
- Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- İstehsalat və ya sənaye sahəsində minimum 5 illik maliyyə təcrübəsi
- Analitik düşüncə tərzi, detallara diqqət və güclü qərarvermə bacarığı
- MS Excel, ERP sistemləri və maliyyə analiz alətləri ilə yüksək səviyyədə işləmək bacarığı
- Komanda idarəetmə təcrübəsi
- Azərbaycan dili səlis, İngilis dili bilikləri üstünlükdür
Vəzifə Öhdəlikləri:
- Şirkətin maliyyə göstəricilərinin təhlili və dövri hesabatların hazırlanması
- İstehsalat xərclərinin analizi və optimallaşdırılması üzrə təkliflərin verilməsi
- Müəssisənin faəliyyət istiqamətinə əlavə olan sahələr üzrə biznes planın hazırlanması, xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılması üzrə işlərin aparılması,
- Maliyyə modellərinin qurulması və gəlir/proqnoz analizlərinin aparılması
- İllik büdcənin hazırlanması və icrasının izlənməsi
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrufat maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun nəticələrini analiz edilib, raporların hazırlanması
- Maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və Maliyyə Analiz üzrə Şöbə müdiri – 23578” qeyd etməyiniz xahiş olunur.