Azersun Holding Azersun Holding
  • 168

Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)

  • Deadline 16 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azersun Holding-ə daxil olan Al Market MMC pərakəndə satış sektorunda fəaliyyətini genişləndirərək müştərilərinə keyfiyyətli məhsul və xidmət təqdim edir.

Hazırda Al Market MMC-nin genişlənən fəaliyyətinə dəstək məqsədilə komandamıza Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə) vəzifəsinə peşəkar əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Bölgələr üzrə yeni mağazaların açılışı üçün potensial ərazilərin və obyektlərin araşdırılması;
  • Yeni obyektlərin yerləşmə mövqeyinin, sahəsinin, infrastrukturunun və kommersiya baxımından əlverişliliyinin qiymətləndirilməsi;
  • Daşınmaz əmlak sahibləri və icarəyəverənlərlə danışıqların aparılması;
  • İcarə şərtlərinin müzakirəsi və razılaşdırılması prosesində iştirak;
  • Yeni mağazalar üçün uyğun obyektlərin seçilməsi və təkliflərin hazırlanması;
  • Mövcud mağazaların icarə müqavilələrinin müddətinə nəzarət edilməsi və müqavilələrin uzadılması prosesinin koordinasiyası;
  • Obyektlərə mütəmadi baxışların keçirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi;
  • Yeni mağazaların açılışı, mövcud mağazaların köçürülməsi və bağlanması proseslərində aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi;
  • Daşınmaz əmlak obyektləri üzrə məlumat bazasının aparılması və müvafiq hesabatların hazırlanması;
  • Bölgələr üzrə daşınmaz əmlak bazarının araşdırılması və potensial inkişaf imkanlarının müəyyən edilməsi.

Namizədə dair tələblər

  • Ali təhsil;
  • Daşınmaz əmlak, əmlak idarəetməsi, icarə və ya satış sahəsində iş təcrübəsi arzuolunandır;
  • Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Bölgələr üzrə ezamiyyətlərə hazır olmaq;
  • Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti və üstünlüklər

  • İş yeri: Azərbaycan Respublikasının bölgələri;
  • İş qrafiki: 5 günlük iş həftəsi;

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily122
  • Weekly240
  • Monthly1172