Tələblər:
- Orta ixtisas və ya ali təhsil (baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə təhsilə üstünlük verilir).
- Heyvanların anatomiyası və dırnaq sağlamlığı üzrə əsas biliklərə malik olmaq.
- Dırnaq kəsmə aparatları və digər avadanlıqlardan təhlükəsiz və düzgün istifadə bacarığı.
- Dırnaq xəstəliklərini müəyyən etmək, ilkin müdaxilə və profilaktik tədbirləri həyata keçirmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Heyvanların dırnaq sağlamlığının qorunması məqsədilə dırnaq kəsmə işlərini planlı və müntəzəm şəkildə həyata keçirir.
- Dırnaq kəsmə aparatından təyinatı üzrə düzgün istifadə edir, avadanlığın gündəlik texniki baxışını aparır və saz vəziyyətdə saxlanılmasını təmin edir.
- Dırnaqları normadan artıq uzanmış heyvanları müəyyən edərək onları sürüdən ayırır və dırnaq baxımı üçün ayrılmış sahəyə yönləndirir.
- Dırnaq xəstəliklərini vaxtında aşkar edir, müvafiq müalicə və profilaktik tədbirləri həyata keçirir, zəruri hallarda dərmanlama işlərini təşkil edir.
- Dırnaq baxımı prosesində istifadə olunan material və avadanlıqlara olan tələbatı müəyyən edir, onların vaxtında təmin olunması üçün müvafiq sifarişləri hazırlayır.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin edilir
- Ünvan: Kürdəmir rayonu.
- Digər bölgələrdən alınan işçilər üçün yaşayış yeri təmin olunacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Dırnaq texniki” qeyd etməyiniz xahiş olunur.