Elektrik mütəxəssisi

  • Deadline 30 November 2025

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

  • Ali təhsil (elektrik, energetika və ya əlaqəli sahələr üzrə);
  • Elektrik və avadanlıqların texniki istismarı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Elektrik avadanlıqlarının, şitlərin, mühərriklərin və kabel sistemlərinin iş prinsipi barədə biliklər;
  • Elektrik sxemlərini oxuma və tətbiqetmə bacarığı;
  • Təhlükəsizlik qaydaları və əməyin mühafizəsi üzrə biliklər;
  • Elektrik ölçü cihazlarından istifadə bacarığı;
  • Yüksək məsuliyyət, diqqətlilik və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Hər gün işə başlarkən görüləcək işlər barədə rəhbərdən lazımi təlimatları almaq;
  • Şirkətdaxili nizam-intizam qaydalarına düzgün əməl etmək;
  • İş yerini təmiz və səliqəli saxlamaq, sanitar-gigiyena qaydalarına riayət etmək;
  • Elektrik avadanlıqlarında yarana biləcək problemləri öncədən müəyyən edərək, qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək;
  • Elektrik sistemlərinin, makina və avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
  • Avadanlıqlarda detal və komponentlərin dəyişdirilməsi zamanı işin keyfiyyətli və təhlükəsiz icrasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;
  • İşini özünün və digər əməkdaşların təhlükəsizliyini təmin edəcək şəkildə icra etmək, icazəsiz təhlükəli işlər görməmək;
  • Verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmək;
  • Əməyin mühafizəsi qaydalarının pozulması, qəza və bədbəxt hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;
  • Qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə iş prosesində yarana biləcək risklərə qarşı məsuliyyət daşımaq.

İş vaxtı:

  • 5 günlük iş rejimi
  • İstirahət günləri: Şənbə və Bazar

Əmək haqqı və üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar xidməti şirkət tərəfindən təmin olunur

İş yeri: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC, İmişli rayonu

Müraciət:

Tələblərə cavab verdiyiniz halda, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Elektrik mütəxəssisi (İmişli) – 27726” qeyd etməyiniz xahiş olunur.

  • Daily15
  • Weekly425
  • Monthly1022