Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil (elektrik, energetika və ya əlaqəli sahələr üzrə);
- Elektrik və avadanlıqların texniki istismarı sahəsində minimum 1 il iş təcrübəsi;
- Elektrik avadanlıqlarının, şitlərin, mühərriklərin və kabel sistemlərinin iş prinsipi barədə biliklər;
- Elektrik sxemlərini oxuma və tətbiqetmə bacarığı;
- Təhlükəsizlik qaydaları və əməyin mühafizəsi üzrə biliklər;
- Elektrik ölçü cihazlarından istifadə bacarığı;
- Yüksək məsuliyyət, diqqətlilik və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Hər gün işə başlarkən görüləcək işlər barədə rəhbərdən lazımi təlimatları almaq;
- Şirkətdaxili nizam-intizam qaydalarına düzgün əməl etmək;
- İş yerini təmiz və səliqəli saxlamaq, sanitar-gigiyena qaydalarına riayət etmək;
- Elektrik avadanlıqlarında yarana biləcək problemləri öncədən müəyyən edərək, qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək;
- Elektrik sistemlərinin, makina və avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
- Avadanlıqlarda detal və komponentlərin dəyişdirilməsi zamanı işin keyfiyyətli və təhlükəsiz icrasına nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- İşini özünün və digər əməkdaşların təhlükəsizliyini təmin edəcək şəkildə icra etmək, icazəsiz təhlükəli işlər görməmək;
- Verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmək;
- Əməyin mühafizəsi qaydalarının pozulması, qəza və bədbəxt hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;
- Qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə iş prosesində yarana biləcək risklərə qarşı məsuliyyət daşımaq.
İş vaxtı:
- 5 günlük iş rejimi
- İstirahət günləri: Şənbə və Bazar
Əmək haqqı və üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar xidməti şirkət tərəfindən təmin olunur
İş yeri: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC, İmişli rayonu
Müraciət:
Tələblərə cavab verdiyiniz halda, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Elektrik mütəxəssisi (İmişli) – 27726” qeyd etməyiniz xahiş olunur.