Əməliyyat işləri üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyat işləri üzrə mütəxəssis

  • Deadline 26 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat daşımaları üzrə potensial müştəri və tərəfdaş şirkətlərin müəyyən edilməsi
  • Müştəri və şirkətlərlə görüşlərin keçirilməsi, daşıma şərtlərinin təqdim olunması
  • Daşımalar üzrə qiymətlərin müştəri və tərəfdaşlarla razılaşdırılması
  • Daşıma müqavilələrinin şərtlərinin hazırlanması və razılaşdırılması, təsdiq üçün birbaşa rəhbərə təqdim edilməsi
  • Təsdiqlənmiş müqavilələr üzrə daşımaların icrasının təmin edilməsi
  • Dəmir yolu baş fraxteri ilə bağlanmış müqavilələrin icrasına nəzarət, işlərin təşkili və tariflərin daimi monitorinqi
  • Xəzər Dəniz Gəmiçiliyi ilə bağlanmış müqavilələr üzrə işlərin təşkili və nəzarətdə saxlanılması
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə müqavilə şərtləri çərçivəsində logistika proseslərinin təşkili
  • Nəqliyyatın təşkili üzrə logistika proseslərində ardıcıllığın təmin olunmasına nəzarət

Tələblər:

  • Nəqliyyat-logistika və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Logistika, nəqliyyat daşımaları və müqavilə idarəetməsi üzrə minimum 2 il iş təcrübəsi.
  • Dəmir yolu, dəniz daşımaları və liman əməliyyatları barədə bilgi və praktiki təcrübə.
  • Güclü kommunikasiya və danışıqlar aparma bacarığı.
  • Excel-də sərbəst işləmə bacarıqları.
  • Analitik düşüncə və proses ardıcıllığını təmin etmə bacarığı.

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Əməliyyat işləri üzrə mütəxəssis – 28584 ” qeyd edilməlidir.

  • Daily107
  • Weekly265
  • Monthly2207