Vəzifə öhdəlikləri:
- Nəqliyyat daşımaları üzrə potensial müştəri və tərəfdaş şirkətlərin müəyyən edilməsi
- Müştəri və şirkətlərlə görüşlərin keçirilməsi, daşıma şərtlərinin təqdim olunması
- Daşımalar üzrə qiymətlərin müştəri və tərəfdaşlarla razılaşdırılması
- Daşıma müqavilələrinin şərtlərinin hazırlanması və razılaşdırılması, təsdiq üçün birbaşa rəhbərə təqdim edilməsi
- Təsdiqlənmiş müqavilələr üzrə daşımaların icrasının təmin edilməsi
- Dəmir yolu baş fraxteri ilə bağlanmış müqavilələrin icrasına nəzarət, işlərin təşkili və tariflərin daimi monitorinqi
- Xəzər Dəniz Gəmiçiliyi ilə bağlanmış müqavilələr üzrə işlərin təşkili və nəzarətdə saxlanılması
- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə müqavilə şərtləri çərçivəsində logistika proseslərinin təşkili
- Nəqliyyatın təşkili üzrə logistika proseslərində ardıcıllığın təmin olunmasına nəzarət
Tələblər:
- Nəqliyyat-logistika və ya əlaqəli sahə üzrə ali təhsil.
- Logistika, nəqliyyat daşımaları və müqavilə idarəetməsi üzrə minimum 2 il iş təcrübəsi.
- Dəmir yolu, dəniz daşımaları və liman əməliyyatları barədə bilgi və praktiki təcrübə.
- Güclü kommunikasiya və danışıqlar aparma bacarığı.
- Excel-də sərbəst işləmə bacarıqları.
- Analitik düşüncə və proses ardıcıllığını təmin etmə bacarığı.
Biz nə təklif edirik:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
- İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Əməliyyat işləri üzrə mütəxəssis – 28584 ” qeyd edilməlidir.