Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər:
- Ali təhsil (İstehsalat, Mexanika, Sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə).
- İstehsalat sahəsində minimum 1 il iş təcrübəsi.
- Lean Manufacturing, Six Sigma və ya digər istehsal optimallaşdırma metodları üzrə biliklər.
- Problem həll etmə və analitik düşüncə qabiliyyəti.
- Yüksək səviyyədə təşkili bacarıqları və məsuliyyətlilik.
- Komanda işi və effektiv ünsiyyət bacarığı.
- Kompüter proqramlarından (MS Office, ERP sistemləri) istifadə bacarığı.
- Yenilikçi yanaşmalar və davamlı inkişaf üçün motivasiya.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına ciddi riayət.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalatda yeni metodların həyata keçirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi və israfların azaldılması üzrə təkliflər vermək.
- Aylıq və rüblük hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.
- Müəssisə əməkdaşları ilə birlikdə istehsalat prosesini mükəmməlləşdirmək üçün kaizenlər həyata keçirmək.
- Rəhbərliyin təlimatına əsasən vəzifəyə aid digər işləri yerinə yetirmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əməliyyat mükəmməliyyəti üzrə kiçik mütəxəssis (Kürdəmir) - 26830” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.
İş Qrafiki:
- 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən qarşılanır
İş Yeri: Kürdəmir
Müəssisə: Azərsüd MMC
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.