Əsas vəsaitlərin təftişi üzrə kiçik mütəxəssis

  • Deadline 13 İyul 2025

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Mühasibat, maliyyə vəya audit sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı.;
  • Mühasibat proqramları ilə işləmək bacarığı olması üstünlükdür;
  • Mühasibat uçotunun əsas prinsipləri və Auditin əsas prinsiplərini bilməli;
  • Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Problem həlletmə bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı.

Vəzifə öhdəlikləri:

  • Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi;
  • Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;
  • Əsas vəsaitlərin təyinatı üzrə istifadə olunmasının təftişinin həyata keçirilməsi;
  • İstifadədən çıxarılacaq əsas vəsaitlərin müəyyən olunması;
  • Əsas vəsaitlər siyahısının mütəmaddi yenilənməsinin təşkil olunması;
  • Holdinqin müəssisələrində inventarizasiyalarda iştirak etmək;
  • Aşkar olunan çatışmazlıqlarla bağlı hesabatların hazırlanması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Əsas vəsaitlərin təftişi üzrə kiçik mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly1
  • Monthly2211