İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri

  • Deadline 26 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil — İnşaat mühəndisliyi, mülki mühəndislik, memarlıq və ya əlaqədar texniki sahə üzrə
  • Tikinti layihələrinin layihələndirilməsi və dizayn prosesləri sahəsində minimum 7–10 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
  • Tikinti norma və qaydalarını (DBN, SNİP və digər normativlər), layihə və smeta sənədlərini dərindən bilmə
  • AutoCAD, Revit və digər layihələndirmə proqramları, həmçinin MS Office proqramlarında işləmə bacarığı
  • Layihə idarəetməsi, texniki koordinasiya və risklərin idarə olunması üzrə biliklər
  • Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dilləri üzrə texniki biliklər arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə və dizayn şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və ümumi nəzarəti həyata keçirmək
  • İnşaat layihələrinin memarlıq, konstruktiv, mexaniki və elektrik hissələrinin qarşılıqlı uyğunluğunu və koordinasiyasını təmin etmək
  • Layihə sənədlərinin (eskiz, işçi layihə, detal çertyojları) DBN, SNİP və digər normativ tələblərə uyğunluğunu yoxlamaq və təsdiq etmək
  • Layihə dəyişikliklərini texniki baxımdan qiymətləndirmək və rəhbərliyə təqdim etmək
  • İnşaat, mexaniki, elektrik, smeta, satınalma və planlama şöbələri ilə koordinasiyanı təmin etmək
  • Tikinti sahəsindən daxil olan texniki sorğuların vaxtında cavablandırılmasını təşkil etmək
  • Podratçı və subpodratçıların təqdim etdiyi texniki sənədləri nəzərdən keçirmək və uyğunluğunu təmin etmək
  • Layihələndirmə prosesində texniki riskləri müəyyən etmək və minimallaşdırmaq, dizayn səhvlərindən yaranan gecikmə və əlavə xərclərin qarşısını almaq
  • Keyfiyyət standartlarının tətbiqinə nəzarət etmək
  • Şöbənin fəaliyyəti üzrə hesabatlar hazırlamaq, layihə sənədlərinin arxivləşdirilməsini və məxfiliyini təmin etmək

Biz nə təklif edirik?

  • İş yeri: Bakı şəhəri, Azersun Holding (Baş Ofis)
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik və innovativ korporativ mühitdə çalışma imkanı 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur. 

  • Daily0
  • Weekly599
  • Monthly2489