Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
- Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
- Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
- Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.
Vəzifə Öhdəlikləri:
- Bölmənin kadr büdcəsini hazırlamaq, onu aktuallaşdırmaq və prosedurların yerinə yetirilməsini təmin etmək;
- Bölmənin İnsan Resursları üzrə nümayəndəsi kimi işə qəbul proseslərini həyata keçirmək;
- Qaydalara uyğun olaraq daxil olan və çıxan bütün yazışma və sənədləri icra etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və düzgün şəkildə aparmaq;
- Məzuniyyət qrafiklərini tərtib etmək, məzuniyyətlərin uçotunu aparmaq və onların qrafikə uyğun istifadəsinə nəzarət etmək;
- Kadrlar üzrə hesabatları hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün zəruri materialları hazırlamaq;
- Davamiyyətin izlənməsi və işə gəlməmə hallarına qarşı intizam tədbirlərinin tətbiqi;
- Şirkət daxili proqramların (ERP və ya HR sistemlərinin) kadr modulları üzrə işlərin təşkili və tənzimi;
- Kadr sənədləşməsinin düzgünlüyünə nəzarət və elektron hökumət portalı üzərindən Asan İmza ilə əməliyyatların həyata keçirilməsi;
- Yeni işçilərin axtarışı və vakansiyaların yerləşdirilməsi;
- CV-lərin təhlili, ilkin seçim və namizədlərin qiymətləndirilməsi;
- İşə qəbul prosesinin təşkili və sənədləşdirilməsi;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyena qaydalarını öyrənmək, mənimsəmək və tətbiq etmək;
- Əmək funksiyasını özünün və digər işçilərin təhlükəsizliyinə xələl gətirmədən icra etmək;
- Verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmək;
- Əməyin mühafizəsi qaydalarının pozulması və baş vermiş hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;
- Kadrlar sistemi çərçivəsində zəruri sənəd və məlumatları bölmə əməkdaşlarından tələb etmək səlahiyyətinə malik olmaq.
İş vaxtı:
- 5 günlük iş rejimi
- İstirahət günləri: Şənbə və Bazar
Əmək haqqı və üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar xidməti şirkət tərəfindən təmin olunur
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə və sosial təminatlar
İş yeri: Azərbaycan Şəkər İstehsalat Birliyi MMC (İmişli rayonu)
Müraciət:
Tələblərə cavab verdiyiniz halda, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (İmişli) – 27484” qeyd etməyiniz xahiş olunur.