Müəssisə: AL MARKET MMC
Tələblər:
- İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalı
- Əmək Məcələsini, Əmək qanunvericiliyini və Kadr kargüzarlığını yüksək səviyyədə bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
- SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;
- İşgüzar ünsiyyət, analiz etmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı;
İş haqqında:
- CV bazasının formalaşdırılması;
- İş üçün müraciət edən şəxslərin müraciət anketlərinin nəzərdən keçirilməsi;
- İşin tələbinə uyğun olaraq qoyulmuş kriteriyalara cavab verən şəxslərin iş görüşməsinə dəvət olunması;
- Seçilmiş vakansiyalar üzrə namizədlərin test imtahandan keçirilməsinin təmin edilməsi;
- İşə qəbul elanlarının hazırlanması və müəssisənin işçi elan saytlarında yerləşdirilməsi;
- İşə qəbul edilən (yaxud edilməyən) işçilərin siyahısının yığılması;
- Rəhbərliyin tələb etdiyi aylıq hesabatların, statistikaların hazırlanması;
- İşçi qəbulu üçün “Açıq qapı”, “Karyera günü” tədbirlərinin təşkil olunmasında iştirak edilməsi;
- İşə alımda uyğun görülən namizədlərin sənədlərini toplayıb-toplamamasını izləmək və sənəd toplamayanlarla əlaqə saxlayaraq qeydlər aparmaq, yönləndirmək.
İş şəraiti
- İş yeri: AL Market MMC Baş Ofisi
- İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis – 28438” qeyd etməyiniz xahiş olunur.