İnsan resursları üzrə mütəxəssis Al Market

  • Deadline 19 Oktyabr 2025

Müəssisə:  AL MARKET MMC

Ümumi Tələblər

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır)
  • İnsan Resursları sahəsində iş təcrübəsi - 2 ildən artıq; (Retail sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Sap bilikləri
  • MS Excel əla səviyyədə 
  • Yüksək səviyyədə Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri
  • Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı
  • Kadr kargüzarlığının aparılmasına dair biliklər
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı
  • Komandada işləmək bacarığı

İş Haqqında Məlumat

  • ƏMAS sistemində dəyişikliklərin olunması; (vəzifə, əmək haqqı, iş yeri, qrafik, miqrasiya uzadılması)
  • ƏMAS sistemində dəyişikliklərin olunması zamanı SİMA tətbiqində işçinin şəxsi kabinetinə göndərilməsi və imzalanması
  • DSMF-yə aid ödənişlərin (Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, Hamiləliyə və doğuma görə, Uşağın anadan olmasına görə, Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə) göndərilməsi
  • Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, fərdi söhbətlərin aparılması
  • Yeni işçilərin və dövri müayinə olunmalı işçilərin tibbi arayışlarının qeydə alınması, xəstəxanaya göndərilməsi və birbaşa təqib edilməsi
  • Yeni işə qəbul olan işçilərlə əmək müqaviləsi bağlanılması işinin həyata keçirilməsi, onların şəxsi qovluqlarının formalaşdırılması

İş vaxtının norması

  • 5 günlük iş rejimi.
  • İstirahət günü: Şənbə və Bazar günü.
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.

  • Daily128
  • Weekly227
  • Monthly1244