Müəssisə: Şamaxı Dairy Farm MMC
Tələblər:
- Müvafiq sahə üzrə ali texniki təhsil;
- Oxşar vəzifədə minimum 2-3 il iş təcrübəsi;
- Texnoloji proseslərə və istehsalat avadanlıqlarına dair biliklər;
- Komandada işləmək və operativ qərarlar vermək bacarığı;
- İntizamlı, məsuliyyətli və detallara diqqətli olmaq.
Əsas vəzifə öhdəlikləri:
- İstehsalat tapşırıqlarının (iş və xidmətlərin) vaxtında və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nəzarət etmək;
- Məhsulun müəyyən olunmuş texnologiyaya uyğun istehsalına və istehsal prosesinin fasiləsiz davam etməsinə operativ nəzarət etmək;
- Avadanlıqların tam gücü ilə, düzgün texniki istismarına nəzarət etmək;
- İstehsalatın material və enerji ehtiyatları ilə təminatını izləmək, xammal və digər resurslardan səmərəli istifadəni təmin etmək;
- İstehsalatın planlaşdırılması, normalaşdırılma, iş yerlərinin təkmilləşdirilməsi və qabaqcıl metodların tətbiqi prosesində iştirak etmək;
- Avadanlıqların boşdayanma halları və məhsul keyfiyyətinin aşağı düşmə səbəblərini təhlil etmək, qüsurların aradan qaldırılması üçün tədbirlər hazırlamaq;
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Kürdəmir rayonu.
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsalat növbə mühəndisi” göstərməyiniz xahiş olunur.