İstehsalat Növbə Mühəndisi

  • Истекает 14 июнь 2025

Müəssisə: Şamaxı Dairy Farm MMC

Tələblər:

  • Müvafiq sahə üzrə ali texniki təhsil;
  • Oxşar vəzifədə minimum 2-3 il iş təcrübəsi;
  • Texnoloji proseslərə və istehsalat avadanlıqlarına dair biliklər;
  • Komandada işləmək və operativ qərarlar vermək bacarığı;
  • İntizamlı, məsuliyyətli və detallara diqqətli olmaq.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat tapşırıqlarının (iş və xidmətlərin) vaxtında və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nəzarət etmək;
  • Məhsulun müəyyən olunmuş texnologiyaya uyğun istehsalına və istehsal prosesinin fasiləsiz davam etməsinə operativ nəzarət etmək;
  • Avadanlıqların tam gücü ilə, düzgün texniki istismarına nəzarət etmək;
  • İstehsalatın material və enerji ehtiyatları ilə təminatını izləmək, xammal və digər resurslardan səmərəli istifadəni təmin etmək;
  • İstehsalatın planlaşdırılması, normalaşdırılma, iş yerlərinin təkmilləşdirilməsi və qabaqcıl metodların tətbiqi prosesində iştirak etmək;
  • Avadanlıqların boşdayanma halları və məhsul keyfiyyətinin aşağı düşmə səbəblərini təhlil etmək, qüsurların aradan qaldırılması üçün tədbirlər hazırlamaq;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri: Kürdəmir rayonu.

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “İstehsalat növbə mühəndisi” göstərməyiniz xahiş olunur.

  • Daily148
  • Weekly653
  • Monthly1404