Kateqoriya üzrə mütəxəssis

  • Deadline 6 Dekabr 2025

Şirkət: Al Market MMC

Tələblər:

  • Təhsil: Ali 
  • Təcrübə: Müvafiq sahəsi üzrə minimum 3 il 
  • Qiymət təklifi və Statistik hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli
  • Statistikanın aparılması, Təhlil, Monitoriq etmək bacarıqları
  • Yüksək səviyyədə Microsoft Office (əsasən EXCEL) biliklərinin olması
  • SAP sistemi ilə işləmə bacarığı arzuolunandır

Vəzifə öhdəlikləri:

  • Mövsümi, satış potensialı və müştəri tələblərinə əsasən məhsul çeşidini (assortimenti) formalaşdırmaq;
  • Yeni məhsul təkliflərini qiymətləndirmək, bazara çıxış potensialını təhlil etmək;
  • Qalıq səviyyələrinə nəzarət etmək, yavaş hərəkətli məhsullar üçün təkliflər vermək;
  • Həftəlik və aylıq satış göstəricilərini analiz etmək;
  • Satış, marja, dövriyyə və itkilərlə bağlı hesabatlar hazırlamaq;
  • Məhsulun satış dövriyyəsini izləmək və nəticələrə əsasən düzəliş təklifləri vermək;
  • Rəqib brendlərin və bazar tendensiyalarının monitorinqini aparmaq;
  • Kateqoriya üzrə KPI-ların yerinə yetirilməsinə cavabdeh olmaq (satış, marja, stok dövriyyəsi və s.).
  • Təchizatçılarla əməkdaşlıq münasibətlərini qurmaq və idarə etmək;
  • Qiymət danışıqlarında iştirak etmək, sərfəli şərtlər əldə etmək;
  • Endirim, aksiyalar və promolar üçün təkliflər hazırlamaq;
  • Təchizatçı müqavilələrinin icrasına nəzarət etmək;
  • Qiymət dəyişikliklərini vaxtında sistemdə əks etdirmək.
  • Aksiyalar zamanı satış nəticələrini qiymətləndirmək və təhlil etmək;
  • Brend və məhsul kommunikasiya materiallarının hazırlanmasında iştirak
  • Rəflərdə düzgün yerləşməni (planogram) izləmək və geri dönüşləri analiz etmək;
  • Satıcı və mağaza rəhbərlərinə kateqoriya ilə bağlı məlumat və yönləndirmə vermək.
  • Daxili bölmələr (satınalma, logistika, marketinq, satış) ilə koordinasiyalı işləmək;

Biz nə təklif edirik:

  • İş yeri: AL Market MMC Baş ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00, Şənbə-Bazar istirahət günləri
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Servis xidməti mövcuddur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis – AL Market MMC" qeyd etməyiniz xahiş olunur. 

  • Daily124
  • Weekly414
  • Monthly1012