Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC
Tələblər:
- Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
- Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
- ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
- MS Office proqramlarında işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
- Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- İstehsal proseslərinin hər mərhələsində texnoloji ardıcıllığı və məhsulun keyfiyyətini izləmək, baş verən uyğunsuzluqları yazılı şəkildə Baş inspektora bildirmək
- İstehsal xətlərində, avadanlıqlarda və texnoloji parametrlərdə nasazlıq və limitdən kənara çıxma hallarında dərhal əlaqədar şəxslərə məlumat vermək və tədbirləri sənədləşdirmək
- Proses Kontrol təlimatlarına və referans sənədlərə uyğun olaraq aparılan texniki işləri vaxtında sənədləşdirmək və imzalamaq
- Proses və Keyfiyyətə Nəzarət formlarını düzgün, tam və səliqəli şəkildə doldurmaq, uyğunsuzluqlar zamanı Düzəldici Fəaliyyət İstək Formları hazırlamaq
- Hazır məhsulda rast gəlinən keyfiyyət problemləri barədə İstehsal Müdirinə və Baş inspektora yazılı məlumat təqdim etmək və düzəldici tədbirləri izləmək
- Məhsul və palet üzərində izlənəbilirlik üçün məlumatların tamlığını yoxlamaq, uyğunsuzluq hallarında tədbir görmək və sənədləşdirmək
- Texniki avadanlıqlarda baş verən nasazlıqları operativ şəkildə bildirmək, həll prosesini izləmək və hesabat vermək
- Ambalajlama prosesinə nəzarət etmək, uyğunsuz halları formalaşdırılmış şəkildə sənədləşdirmək və sorumlu şəxslərə təqdim etmək
- Ambalaj və qatqı materiallarının giriş nəzarətini həyata keçirmək, uyğun olmayan hallarda İstehsalat Müdirinə və Baş inspektora məlumat vermək
- Gigiyena və təmizlik qaydalarına əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar zamanı məsul şəxsləri məlumatlandırmaq və tədbirləri izləmək
- Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət etmək, uyğunsuzluq olduqda sənədləşdirib məlumat vermək
- Gecə növbələrində anbarların açılışında iştirak etmək və plomb məlumatlarını növbəlik raporlamaya daxil etmək
- Texniki sahələrdəki fəaliyyətlərə dair gündəlik hesabatları hazırlamaq və arxivləşdirmək
- Hazır məhsulların anbarlardakı saxlanma şərtlərinə nəzarət etmək
- Inventar sayımları və imha proseslərində iştirak etmək
- Xammal, köməkçi maddə və son məhsulun düzgün yığılması və saxlanmasına nəzarət etmək
- Keyfiyyət və proses nəzarət nöqtələrinin, metod və sənədlərinin hazırlanmasında iştirak etmək
- Keyfiyyətə nəzarət müayinələrini analiz axış sxemlərinə və qəbul edilmiş metodlara əsasən aparmaq
- Qəza və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək
- İş prosesi və məhsul istehsalı zamanı qida təhlükəsizliyi risklərinə qarşı tədbirlər görmək və məsuliyyət daşımaq
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsinə "Keyfiyyətə nəzarət üzrə İnspektor" yazaraq göndərə bilər və ya "Müraciət et" düyməsinə basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.
İş Qrafiki:
- Növbəli iş qrafiki
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli