Marketinq üzrə mütəxəssis

  • Deadline 19 October 2025

Müəssisə:  AL MARKET MMC

Tələblər;

  • Ali təhsilli olmalı
  • Marketinq sahəsində praktik təcrübə (ən azı 2 il)
  • Teorik biliklər: marketinq funksiyası, terminologiya və şirkət strukturlarındakı rolu haqqında anlayış
  • Kreativlik, təşəbbüskarlıq və detallara diqqət
  • Güclü təqib, koordinasiya və komanda idarəçiliyi bacarıqları

Vəzifə öhdəlikləri:

  • Ajanslarla görüşlərin təşkili, brief verilməsi, kreativ işlərin idarə olunması
  • Təsdiq olunmuş konseptlərin 360° marketinq kampaniyalarının koordinasiyasında iştirak
  • TV, radio, outdoor və digər media kanalları üzrə media planlamaların hazırlanması, yayımın təqibi və nəticələrin ölçülməsi
  • Event layihələrinin hazırlanması, planlanması və həyata keçirilməsi
  • Loyallıq proqramları, cashback, lotereya kimi layihələrə dəstək
  • Daxili komandalar və tərəfdaşlarla koordinasiyalı işləmə (dizayn, satış, tədarük, kateqoriya və s.)
  • Bazar və müştəri araşdırmalarının təşkili, nəticələrin şərh olunması və hesabatlandırılması
  • Rutin təqib, tələb və koordinasiya işləri
  • Layihələrin bir bütünlükdə (ATL/BTL/TTL) həyata keçirilməsinə nəzarət   

İş vaxtının norması: 5 günlük iş rejimi;

İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly8
  • Monthly1902