Azərsun Holdinqə daxil olan Sun Food MMC komandamıza Merçendayzer axtarırıq!
Tələblər
- Aktiv, ünsiyyətcil və operativ olmaq;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
- Market və pərakəndə satış mühitində işləməyə uyğun olmaq;
- Məhsulların rəfdə yerləşdirilməsi və satış nöqtələrinə nəzarət üzrə anlayışa malik olmaq;
- Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri
- Təyin olunmuş ərazi üzrə fəaliyyət göstərən marketlərə mütəmadi nəzarət etmək;
- Tabeçiliyində olan marketlərdə şirkət məhsullarının rəflərdə davamlı və düzgün şəkildə mövcudluğunu təmin etmək;
- Şirkətin tətbiq etdiyi “ÇEK LİST” kriteriyalarının icrasını təmin etmək;
- İstifadə müddətinin başa çatmasına yaxınlaşan məhsulları müəyyən etmək, onların satışı ilə bağlı vaxtında məlumat vermək və zəruri tədbirlərin görülməsini təmin etmək;
- Məhsulların rəf payını və yerləşdirilməsini mütəmadi yoxlamaq, aşkar olunan çatışmazlıqları aradan qaldırmaq;
- Günlük və operativ satış imkanlarını müəyyən etmək və əlavə satış üçün uyğun yerlərin seçilməsini təmin etmək;
- Satış nöqtələrində məhsulların mövcudluğu, yerləşdirilməsi və satış imkanları ilə bağlı müşahidələri aidiyyəti rəhbərə vaxtında təqdim etmək.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün
- Nahar şirkət tərəfindən təmin olunur;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Merçendayzer” qeyd etməyiniz xahiş olunur.