Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Sahə üzrə 2- 4 il iş təcrübəsi
- Materialları və onların xassələrini, tədqiqat metodlarını bilməli
- Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli
- Avadanlıq, təchizat və sistemlərin mexaniki və elektrik layihələrini oxumağı bilməli;
- Mexaniki və elektriklə işleyen avadanlıqların layihəyə uyğun montajı, demontajı və yer dəyişdirilmə qaydalarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməli;
- Mərkəzi soyutma və isitmə sistemini bilən, iqlimləndirmə, havalandırma və santexnika işlərində həm layihələndirmə həmdə sahə işlərini bilməli.;
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı bacarmalı;
İş haqqında məlumat:
- Yeni qurğuların qurulması və ya prosesdəki dəyişikliklərə elektrik və elektroniklə işləyən avadanlıq, təchizat, avadanlıq ilə ölçü cihazlarının məskunlaşması, montaj, demontajı, formaların təşkil, təlimatnamə, iş təlimatlarının hazırlanmasında iştirak edib, tətbiqləri yoxlamaq;
- Mexaniki ehtiyyat hissələrini və xidmət müddətlərini bitirmək üzrə olanları aşkar edərək, texniki atölyede hazırlatmaq və sifarişləri həyata keçirmək;
- Elektrik Enerji Təchizatı sahəsi üzrə avadanlıq, təchizat və bütün mexaniki hissələrin təmir və sazlama işlərini görmək;
- Sahəsi üzrə reduktorlar, ötürücü mexanizmlərin təmir və baxımını görmək,
- Mexanizmlərdə təmir zamanı ehtiyat parçalarda nişanlama, matqabla dəlmə və yiv açma işini etmək;
- Edilən Təmir və Baxımlara nəzarət və analiz edib, təmir sayını azaldacaq qabaqlayıcı baxım planları üçün təkliflər vermək,
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Azərbaycan Şəkər istehsalat birliyi MMC / İmişli
Qeyd: Yaxın regionlardan işçi alınacağı təqdirdə yaşayış yeri və 3 dəfə qidalanma şirkət tərəfindən təmin olunur.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi qeyd edilmiş elektron poçt ünvanına email-in mövzu hissəsində "Mexanika mühəndisi (İmişli)" yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.