Planlama mühəndisi

  • Deadline 28 Fevral 2026

Müəssisə: İNNOVA KONS. & KONTR. MMC

Tələblər:

  • Mühəndislik üzrə ali təhsil.
  • Planlama və tikinti layihələrinin idarə olunması sahəsində təcrübə.
  • Planlama proqramları (Primavera P6, MS Project və s.) üzrə biliklər.
  • Analitik düşüncə, hesabat hazırlama və problem həll etmə bacarığı.

Əsas funksiyaları:

  • Layihənin icra qrafiklərinin hazırlanması, təsdiqlənməsi və yenilənməsi.
  • MS Project, Primavera və ya digər planlama proqramlarında işlərin ardıcıllığını qurmaq.
  • İşlərin faktiki icra vəziyyətini qrafiklərlə müqayisə etmək və rəhbərliyə hesabat vermək.
  • Resursların (işçi qüvvəsi, material, texnika) planlamasını aparmaq və icraya nəzarət etmək.
  • Gecikmələrin səbəblərini təhlil etmək və düzəldici tədbirlər təklif etmək.
  • Tikinti icra qrupları ilə koordinasiyalı şəkildə işlərin vaxtında başa çatdırılmasını təmin etmək.
  • Layihə üzrə risklərin təhlili və vaxt itkilərinin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq.
  • Müvafiq hesabatların (gündəlik, həftəlik, aylıq) hazırlanması və təqdim edilməsi.

İş şəraiti

  • İş yeri: Cəbrayıl rayonu 
  • İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur 

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “Planlama mühəndisi - 27286” göstərməyiniz xahiş olunur.  

  • Daily0
  • Weekly672
  • Monthly679