Planlama üzrə mütəxəssis Al Market

  • Deadline 19 Oktyabr 2025

Müəssisə:  Al Market

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə)
  • Oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi
  • Planlama və logistika prosesləri üzrə biliklər
  • Analitik düşünmə və detallara diqqət bacarığı
  • Excel və ERP proqramlarında işləmək bacarığı
  • Komanda ilə işləmə və operativ qərarvermə bacarığı

Vəzifə öhdəlikləri:

  • Məhsul portfelinin mağaza və anbarlarda mövcudluğunu təmin etmək üçün müntəzəm sifarişlərin planlanması və tədarükçülərlə koordinasiyanın aparılması;
  • Endirim kampaniyaları çərçivəsində məhsulların mövcudluğunu təmin etmək, mağazalara düzgün və vaxtında paylanmanı təşkil etmək;
  • İdxal və yerli məhsulların mağazalara və anbarlara bölüşdürülməsini planlamaq, mağazalararası transferləri idarə etmək;
  • Yeni kampaniyalara uyğun olaraq məhsul miqdarlarının, yuvarlaqlaşdırma dəyərlərinin və transferlərin düzgün aparılmasını təmin etmək;
  • Geri qayıdan stokların izlənməsi, sənədləşdirilməsi və tədarükçülərə təhvil verilməsini təmin etmək;
  • Sifarişlərin sistem üzərindən açılması, izlənməsi və vaxtında bağlanması;
  • Planlama şöbəsi və digər əlaqədar bölmələrlə əməkdaşlıq edərək məhsul mövcudluğuna nəzarət etmək.

İş vaxtının norması: 5 günlük iş rejimi;

İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Planlama üzrə mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.

  • Daily34
  • Weekly285
  • Monthly2167