Müəssisə: XƏYAL ADASI MMC
Tələblər:
- Orta vəya ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə iş təcrübəsi tələb olunmur;
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.
- Təqdimat etmə bacarığı olmalı
İş haqqında məlumat:
- Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
- Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
- Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
- Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
- Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
- Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
- Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;
- Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
- Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
- Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
- Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
İş Qrafiki: Həftə içi 6 gün
İş Yeri: Dreamland Golf Hotel Baku
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Qeydiyyatçı (Resepşionist)” qeyd etməyiniz xahiş olunur.