Azersun Holding Azersun Holding

Qida xammalları üzrə Biznes inkişafı Baş mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qida xammalları üzrə Biznes inkişafı Baş mütəxəssisi

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: Sun Food MMC

Tələblər

  • Qida mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq; 
  • İngilis və rus dili biliyi üstünlükdür 
  • Çalışacağı iş yerləri və öhdəlikləri nəzərə alaraq Xanım namizəd tələb olunur

Vəzifə və öhdəliklər

  • Müqayisəli satış və bazar payı hesabatlarının yoxlanılması;
  • Yeni xammalların demo göstərilərək istehsalçılar tərəfindən istifadəsinə dəstək verilməsi;
  • Sektordakı xammal hərəkətlərinin araşdırılması, istehsalçıların istəyinə uyğun xammal tələbini aidiyyatı şöbə ilə paylaşaraq dəstək olunması;
  • Yeni tanıdılan xammalların satışlarını izləyərək və statistikasını apararaq üst rəhbərə hesabat verilməsi;
  • İstehsal nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həlli üçün təkliflərin edilməsi;
  • Xammal şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasının təmin edilməsi;
  • Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabətin yaxından izlənilməsi, rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və aidiyyatı şöbələr ilə görüşülərək tədbirlər görülməsi.

Bacarıqlar

  • Ünsiyyət qurmaq bacarığı
  • Satış və inandırmaq bacarığı
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək bacarığı

İş şəraiti

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Bakı, Sun Food MMC
  • Nəqliyyat dəstəyi mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Qida xammalları üzrə Biznes inkişafı Baş mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

  • Daily107
  • Weekly221
  • Monthly107