Azersun Holding Azersun Holding

Sahə mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə mühəndisi

  • Deadline 24 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: Bazarstore MMC

Tələblər

  • İnşaat, mühəndislik və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Layihələrin planlaşdırılması, icrasına nəzarət və sənədləşdirilməsi üzrə praktiki bilik;
  • Tikinti işlərinin keyfiyyətinə, əməyin mühafizəsi və ətraf mühitin qorunması tələblərinə nəzarət bacarığı;
  • Layihə üzrə texniki sənədlərlə işləmək və hesabatlar hazırlamaq bacarığı;
  • Operativ qərarvermə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
  • MS Office və AutoCAD proqramlarını yaxşı səviyyədə bilməli.

Vəzifə öhdəlikləri

  • Layihələr üzrə iş həcmlərini və icra müddətlərini proqnozlaşdırmaq, icra prosesinə nəzarət etmək və zəruri düzəlişlər həyata keçirmək;
  • Layihələrin icrası ilə bağlı tələb olunan texniki və inzibati sənədləşmələri aparmaq;
  • Sahədə görülən işlərin təsdiq edilmiş layihə, texniki tələblər və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;
  • Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və müəyyən edilmiş qrafikə uyğun icrasını izləmək;
  • Layihənin icrası zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Ətraf mühitin mühafizəsi üzrə müəyyən edilmiş tələblərin layihə ərazisində tətbiqini və icrasını izləmək;
  • Sahədə yaranan texniki və təşkilati məsələləri müəyyənləşdirmək və onların həllində iştirak etmək;
  • Gündəlik görülən işlərin həcmi və layihənin cari vəziyyəti barədə birbaşa rəhbərə operativ məlumat vermək;
  • Layihə üzrə görülmüş işlərə dair hesabatların hazırlanmasını və müvafiq məlumatların sistemləşdirilməsini təmin etmək;
  • Başa çatmış obyektlər üzrə tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək;
  • Hazır obyektlərin komissiyaya təqdim olunması prosesində iştirak etmək və komissiyanın işini texniki baxımdan dəstəkləmək;
  • Layihələrin yekunlaşdırılması və obyektlərin təhvil-təslim prosesində iştirak etmək.

İş şəraiti

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Bakı, Bazarstore MMC-nin Baş ofis
  • Nəqliyyat dəstəyi mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Sahə mühəndisi – Bazarstore MMC” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly520
  • Monthly2232