Satınalma Şöbə Müdiri (Kənd təsərrüfatı və Heyvandarlıq)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma Şöbə Müdiri (Kənd təsərrüfatı və Heyvandarlıq)

  • Deadline 3 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisə: Sun Food MMC

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı üzrə (toxum, gübrə, pestisid, yem, baytarlıq preparatları və texnika) satınalma proseslərinin planlaşdırılması və effektiv idarə olunması
  • Yerli və beynəlxalq təchizatçılarla strateji əməkdaşlıqların qurulması, danışıqların aparılması və optimal müqavilə şərtlərinin təmin edilməsi
  • Mövsümi tələbatın proqnozlaşdırılması və ehtiyatların səmərəli idarə olunması
  • Heyvandarlıq təsərrüfatlarının fasiləsiz təchizatının təşkili
  • Bazar araşdırmaları, qiymət analizləri və alternativ təchizat kanallarının müəyyən edilməsi
  • Logistika və anbar proseslərinin koordinasiyası və optimallaşdırılması
  • Büdcənin hazırlanması, xərclərə nəzarət və səmərəlilik göstəricilərinin artırılması
  • Rəhbərliyə mütəmadi (aylıq və rüblük) hesabatların təqdim edilməsi

Tələblər: 

  • Ali təhsil (Kənd təsərrüfatı, Aqronomluq, İqtisadiyyat və ya Menecment üzrə)
  • Aqrar və ya heyvandarlıq sahəsində minimum 5 il satınalma təcrübəsi (ən azı 2 il rəhbər vəzifədə)
  • Aqro məhsullar, yem və kənd təsərrüfatı texnikası bazarı üzrə dərin biliklər
  • Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları
  • Analitik düşünmə və strateji planlama qabiliyyəti
  • Azərbaycan dili – mükəmməl, Rus və ya İngilis dili biliyi üstünlükdür
  • MS Office, SAP Hub və SAP Ariba proqramları üzrə biliklər
  • Regionlara ezamiyyət imkanının olması

Biz nə təklif edirik:

  • İş yeri: Bakı şəhəri (Ziya Bünyadov prospekti)
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar və Servis: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma Şöbə Müdiri - 29574 ” qeyd etməyiniz xahiş olunur. 

  • Daily21
  • Weekly558
  • Monthly383