Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə)

  • Deadline 12 Oktyabr 2025

Müəssisə: SUN FOOD MMC

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • Satınalma və təchizat sahəsində ən azı 7–10 il iş təcrübəsi, o cümlədən minimum 3 il rəhbərlik təcrübəsi olmalı;
  • Yüksək səviyyədə Rus dili və İngilis dili biliyi;
  • MS Office proqram paketini və satınalma idarəetmə sistemlərini yaxşı səviyyədə bilməli;
  • Liderlik, strateji planlaşdırma, analitik düşüncə və komanda idarəçiliyi bacarığına malik olmalı.

Vəzifə Öhdəlikləri:

  • Satınalma şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, komandanın işini koordinasiya etmək və iş bölgüsünü effektiv həyata keçirmək;
  • Satınalma strategiyasını hazırlamaq və onun icrasına nəzarət etmək;
  • Təchizatçıların seçimi, qiymətləndirilməsi və əməkdaşlıq şərtlərinin müəyyənləşdirilməsi proseslərinə rəhbərlik etmək;
  • Tender və sorğu proseslərinin təşkili və şəffaflığının təmin olunmasına nəzarət etmək;
  • Büdcənin planlaşdırılması və satınalma proseslərinin optimal şərtlərlə həyata keçirilməsini təmin etmək;
  • Xarici və daxili bazarın təhlilini aparmaq və yeni təchizatçılarla əməkdaşlıq imkanlarını araşdırmaq;
  • Müqavilələrin hazırlanması, icrası və şərtlərə əməl olunmasına nəzarət etmək;
  • Rəhbərliyə satınalma fəaliyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi.

İş şəraiti:

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş Yeri: Bakı şəhəri

Müraciət:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma şöbəsinin müdiri (Kənd Təsərrüfatı məhsulları üzrə)  – Sun Food MMC” qeyd etməyiniz xahiş olunur.

  • Daily25
  • Weekly596
  • Monthly1900