Satınalma üzrə baş mütəxəssis (marketinq satınalması)

  • Deadline 17 Yanvar 2026

Müəssisə: Sun Food MMC

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Retail sektoru üzrə iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramları üzrə  yüksək biliklər;
  • Analitik düşüncə və diqqətlilik;
  • Yaxşı kommunikasiya bacarıqları və komandada işləmək qabiliyyəti;
  • İngilis və Rus dili bilikləri üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edilməsi;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Açılmış sifariş formalarının analizi, satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Təchizatçıların analizi, hesabatların hazırlanması və digər prosseslərin effektiv idarə olunması;
  • Ödəniş sorğularını həyata keçirməsi, ödənişlərə nəzarət edilməsi;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Marketing direktorluğundan gələn event, production, digital, ənənəvi mecralardakı planların analiz edilməsi uyğun firmalara sorğu edilməsi;
  • Alınan təkliflərin doğru dəyərləndirilə bilməsi üçün yuxarıda sadalanan sahələrdə bilgilərin və təcrübənin olması
  • Stendlər, POP materialları və digər reklam daşıyıcı vasitələrinə bələd olmaq və işi doğru detallandıra bilmək;
  • Digital marketing, influencer marketing işlərinin satınalmasının həyata keçirilməsi;
  • Sərgi, konsert, marka lansmanı, satış yönümlü tədbirlərin və s. satınalma sürəclərinin icra edilməsi.;

İş şəraiti

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Bakı, Nizami ray.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis (marketinq satınalması) – 27803” qeyd etməyiniz xahiş olunur.

  • Daily3
  • Weekly501
  • Monthly1680