Müəssisə: Qafqaz Konserv Zavodu MMC
Vəzifə üzrə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil.
- Sürücülük vəsiqəsi (B Kateqoriyası ).
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi.
- Satınalma, tender və təchizat prosesləri üzrə ümumi biliklər.
- Analitik düşünmə və bazar araşdırması bacarığı.
- Hesabatların hazırlanması və sənədlərlə işləmək bacarığı.
- Komanda ilə işləmək və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Risk təhlili aparmaq və alternativ istehsal bölgələri və istehsalçılarla əlaqə yaratmaq.
- Təchizat sifarişlərinin idarə olunmasına nəzarət etmək (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması).
- Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatları tərtib etmək.
- Məhsulun qablaşdırma standartları üzrə qablaşdırma edən istehsalçılarımızı və ya təchizatçılarımızı öyrətmək və onların planlama proseslərinə nəzarət etmək.
- Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırmaq.
- Təchizatçı bazasının formalaşdırmaq, qiymətləndirmək və mütəmadi yeniləmək
- Tender və sorğuların hazırlamaq, qiymət və şərtlərin müqayisəli təhlil etmək.
- Satınalma prosesinin ən əlverişli kommersiya və keyfiyyət şərtləri ilə həyata keçirilməsini təmin etmək.
- Meyvə bazarı, Şəmkir Səbət bazarı, Tovuz, Şabran, Xaçmaz və Quba kimi yerli istehsal sahələrindəki topdansatış bazarlarını keyfiyyət və qiymət baxımından düzgün qiymətə düzgün məhsul əldə etmək üçün davamlı olaraq izləmək.
- Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatları hazırlamaq və analiz etmək.
- Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət etmək.
- Müqavilələri hazırlamaq, icrasına nəzarət etmək və müqavilə şərtlərinə əməl olunmasını təmin edilmək.
İş şərtləri:
- İş ünvanı: Qazax rayonu
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis – Qazax” qeyd etməyiniz xahiş olunur.