Satınalma üzrə mütəxəssis (Xaçmaz rayonu)

  • Deadline 6 Fevral 2026

Müəssisə:  Sun Food MMC

Vəzifə üzrə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil,
  • Sürücülük vəsiqəsi (B Kateqoriyası )
  • Satınalma sahəsində minimum 1 il iş təcrübəsi,
  • Satınalma, tender və təchizat prosesləri üzrə ümumi biliklər,
  • Analitik düşünmə və bazar araşdırması bacarığı,
  • Hesabatların hazırlanması və sənədlərlə işləmək bacarığı,
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin vaxtında, mövcud prosedur və qaydalara uyğun şəkildə icrasını təmin etmək,
  • Təchizat sifarişlərinin idarə olunması (sifarişlərin yerləşdirilməsi, icrasına nəzarət, hesabatların hazırlanması və bağlanması),
  • Açılmış sifariş formalarının təhlili və optimallaşdırılması,
  • Satınalma sorğularının hazırlanması, icrası, yoxlanılması və müvafiq hesabatların tərtib edilməsi,
  • Daxili və xarici bazarın təhlili, tələb olunan material və xidmətlərin araşdırılması,
  • Təchizatçı bazasının formalaşdırılması, qiymətləndirilməsi və mütəmadi yenilənməsi,
  • Tender və sorğuların hazırlanması, qiymət və şərtlərin müqayisəli təhlili,
  • Məhsul və xidmətlərin seçiminin əsaslandırılmış şəkildə yekunlaşdırılması,
  • Satınalma prosesinin ən əlverişli kommersiya və keyfiyyət şərtləri ilə həyata keçirilməsini təmin etmək,
  • Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması və analizi,
  • Təchizatçıların seçimi, performansının qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması,
  • Ödəniş sorğularının hazırlanması, icrası və ödənişlərə nəzarət,
  • Müqavilələrin hazırlanması, icrasına nəzarət edilməsi və müqavilə şərtlərinə əməl olunmasının təmin edilməsi.

İş şəraiti

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Xaçmaz rayonu
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis (Xaçmaz rayonu) – 28432” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly762
  • Monthly784