SƏTƏM üzrə mütəxəssis (Biləsuvar, İmişli, Hacıqabul)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM üzrə mütəxəssis (Biləsuvar, İmişli, Hacıqabul)

  • Истекает 18 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC (Biləsuvar), Qida Agro MMC (İmişli), Kürdəmir Süd Emalı Zavodu MMC (Hacıqabul) müəssisələrimiz üçün SƏTƏM üzrə mütəxəssislər axtarılır

Vəzifəyə tələblər:

  • Əlaqədar sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • SƏTƏM üzrə müvafiq sertifikatların olması;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Normativ sənədlərlə işləmək bacarığı;
  • Analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Məlumat toplama, təhlil etmə, hesabat hazırlama və problemləri müstəqil həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İş prosesində yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində əmək şəraitinin, sanitariya vəziyyətinin, bina, qurğu və avadanlıqların texniki təhlükəsizlik baxımından vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • İstehsalat proseslərinin və avadanlıqların təhlükəsiz təşkilinə və istismarına nəzarət etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının pozulması hallarını müəyyən etmək, onların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsini təmin etmək;
  • İşə yeni qəbul olunan əməkdaşlara giriş təlimatı keçmək və müvafiq təlimat proqramlarını hazırlamaq;
  • Əməyin mühafizəsi üzrə təlimatların və peşə təlimatlarının hazırlanmasında iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin artırılması və zəruri maarifləndirmə tədbirlərinin təşkilini təmin etmək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, onların səbəblərini təhlil etmək və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq;
  • Bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə qeydiyyat, uçot və hesabatları aparmaq;
  • Əməyin mühafizəsi üzrə texniki sənədlərin, əmrlərin, qərarların və digər sənədlərin hazırlanmasını və müvafiq qaydada aparılmasına nəzarəti həyata keçirmək;
  • Yanğın təhlükəsizliyi avadanlıqlarının texniki vəziyyətinə və xidmətinin təşkilinə nəzarət etmək;
  • İşçilərin həyat və sağlamlığı üçün təhlükə yaradan hallarda işlərin dayandırılması ilə bağlı zəruri tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi.
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM Üzrə mütəxəssis (İmişli),  SƏTƏM Üzrə mütəxəssis (Hacıqabul) və ya SƏTƏM Üzrə mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly635
  • Monthly1726