Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC (Biləsuvar), Qida Agro MMC (İmişli), Kürdəmir Süd Emalı Zavodu MMC (Hacıqabul) müəssisələrimiz üçün SƏTƏM üzrə mütəxəssislər axtarılır
Vəzifəyə tələblər:
- Əlaqədar sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- SƏTƏM üzrə müvafiq sertifikatların olması;
- MS Office proqramlarında işləmək bacarığı;
- Normativ sənədlərlə işləmək bacarığı;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Məlumat toplama, təhlil etmə, hesabat hazırlama və problemləri müstəqil həll etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- İş prosesində yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək;
- İş yerlərində əmək şəraitinin, sanitariya vəziyyətinin, bina, qurğu və avadanlıqların texniki təhlükəsizlik baxımından vəziyyətinin yoxlanılmasında iştirak etmək;
- İstehsalat proseslərinin və avadanlıqların təhlükəsiz təşkilinə və istismarına nəzarət etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının pozulması hallarını müəyyən etmək, onların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsini təmin etmək;
- İşə yeni qəbul olunan əməkdaşlara giriş təlimatı keçmək və müvafiq təlimat proqramlarını hazırlamaq;
- Əməyin mühafizəsi üzrə təlimatların və peşə təlimatlarının hazırlanmasında iştirak etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin artırılması və zəruri maarifləndirmə tədbirlərinin təşkilini təmin etmək;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, onların səbəblərini təhlil etmək və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə qeydiyyat, uçot və hesabatları aparmaq;
- Əməyin mühafizəsi üzrə texniki sənədlərin, əmrlərin, qərarların və digər sənədlərin hazırlanmasını və müvafiq qaydada aparılmasına nəzarəti həyata keçirmək;
- Yanğın təhlükəsizliyi avadanlıqlarının texniki vəziyyətinə və xidmətinin təşkilinə nəzarət etmək;
- İşçilərin həyat və sağlamlığı üçün təhlükə yaradan hallarda işlərin dayandırılması ilə bağlı zəruri tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik qaydaları və normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi.
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM Üzrə mütəxəssis (İmişli), SƏTƏM Üzrə mütəxəssis (Hacıqabul) və ya SƏTƏM Üzrə mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.