SPA Supervisor (SPA Rəhbəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SPA Supervisor (SPA Rəhbəri)

  • Deadline 13 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

Tələblər:

  • SPA və ya hotel sahəsində rəhbərlik təcrübəsi (ən azı 2 il)
  • Komanda idarəetməsi və xidmət keyfiyyətinə nəzarət sahəsində bacarıqlar
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
  • Məhsul və prosedur məlumatlarını öyrənməyə və paylaşmağa maraq
  • Məsuliyyətli, punktual və detala diqqətli olmaq
  • Rus və İngilis dillərinidə danışıq səviyyəsində bilməlidir.

Əsas Vəzifə Öhdəlikləri:

  • Müştəri və qonaqların yüksək səviyyədə məmnuniyyətini təmin etmək
  • Tabeçiliyindəki işçilərə nəzarət etmək, onları idarə etmək və yönləndirmək
  • İşçi heyəti üçün vəzifə cədvəllərinin hazırlanmasına dəstək göstərmək
  • Keyfiyyət və xidmət standartlarına ciddi şəkildə nəzarət etmək
  • Komandadaxili effektiv ünsiyyətin qurulmasına töhfə vermək
  • SPA məhsulları və prosedurları haqqında tam biliklərə malik olmaq və qonaqlara bu barədə məlumat vermək
  • Qonaqların suallarını peşəkar şəkildə cavablandırmaq və onlara uyğun prosedur və məhsullar təklif etmək
  • Təhlükəsizlik və sanitariya qaydalarına ciddi riayət etmək
  • SPA ərazisindəki avadanlıqların təmizliyinə və gigiyenasına nəzarət etmək
  • Təlimlərdə və müntəzəm iclaslarda aktiv iştirak etmək

İş şəraiti:

  • İş Qrafiki: Həftədə 6 gün, həftə içi 1 gün istirahət
  • İş yeri: Bakı şəh., Dreamland - Dream Body Athletic Club & SPA
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “SPA Supervisor (SPA Rəhbəri)” qeyd etməyiniz xahiş olunur.

  • Daily124
  • Weekly414
  • Monthly1012