Müəssisə: "İnnova Konstrakşn ənd Kontraktinq" MMC
Tələblər:
- Orta təhsilli olmalı;
- Minimum 2 il sürücülük təcrübəsi olmalı;
- Minimum B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
Vəzifə öhdəlikləri:
- Rəhbərin göstərişinə əsasən nəqliyyat vasitəsindən səmərəli istifadə etmək;
- Sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və düzgün texniki istismarını həyata keçirmək;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını təmin etmək;
- Avtonəqliyyat vasitəsinin sazlığı üçün davamlı yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- Peşə intizamı, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “sürücü (minik avtomobil)” qeyd etməyiniz xahiş olunur.