Texniki sahə mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki sahə mühəndisi

  • Deadline 25 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisə: Nobel Food İndustry MMC

Tələblər:

  • Ali təhsil (Avtomatlaşdırma sahəsi üzrə)
  • Qeyd olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi 
  • Texniki heyətin idarə olunması və təlimatlandırılması üzrə təcrübə (üstünlükdür)
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və sanitariya-gigiyena qaydaları üzrə biliklər
  • Ehtiyat hissələri, stok idarəetməsi və minimum ehtiyat səviyyələrinin hesablanması üzrə biliklər

Vəzifə öhdəlikləri:

  • Proseslərdə istifadə olunan bütün alət və avadanlıqların təhlükəsiz, səmərəli və estetik şəkildə montajını, yerləşdirilməsini və istismarını təşkil etmək,
  • Yeni quraşdırılacaq alət və avadanlıqların dizaynında, layihələndirilməsində, yerləşdirilməsində, montaj və demontaj işlərində, həmçinin proses dəyişiklikləri zamanı prosedur və iş təlimatlarının hazırlanmasında iştirak etmək,
  • Alət və avadanlıqların layihəyə uyğun qurulmasını, istismara verilməsini və texniki uyğunluğunu təşkil etmək və nəzarətdə saxlamaq,
  • Bütün avadanlıq və qurğular üzrə inventar siyahısını aparmaq, texniki kataloqları və ehtiyat hissələri siyahılarını hazırlamaq, sənədləşdirmək və arxivləşdirmək,
  • Proseslərdə istifadə olunan maşın və avadanlıqların düzgün işləməsinə və sınaqdan keçirilməsinə nəzarət etmək, planlı təmir-baxım proqramlarını hazırlamaq və icrasını təmin etmək,
  • Avadanlıqların aşınma müddətini nəzərə alaraq ehtiyat hissələrinin minimum stok səviyyəsini izləmək, kritik həddə çatan hissələr üzrə sifarişlərin açılmasını və təqibini həyata keçirmək,
  • Təmir-baxım proseslərini təhlil edərək nasazlıqların kök səbəblərini müəyyən etmək, təmir sayını azaldacaq düzəldici və qabaqlayıcı tədbirlər üzrə təkliflər vermək,
  • İstehsal proseslərinin səmərəliliyini artırmaq, tullantıları azaltmaq və məhsul keyfiyyətini yüksəltmək məqsədilə texniki araşdırmalar aparmaq, innovativ və iqtisadi həllərin tətbiqində iştirak etmək,
  • Lazım olan texniki ehtiyat hissələri və mexaniki materiallar üzrə texniki kartları hazırlamaq, rəf ömrünü nəzərə alaraq sifarişləri açmaq və izləmək,
  • İstehsal planına uyğun olaraq texniki personalı təlimatlandırmaq, istiqamətləndirmək və nəzarətdə saxlamaq, işçilərin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirmək,
  • Texniki sənədləşmənin Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğun aparılmasını, məxfi saxlanılmasını və arxivləşdirilməsini təmin etmək,
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, riskli halları və baş verən hadisələri dərhal rəhbərliyə bildirmək və rəhbərliyin tapşırıqlarını şirkət maraqlarına uyğun icra etmək.

İş şəraiti:

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Bakı şəh., Xəzər rayon, Binə qəsəbəsi
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki sahə mühəndisi– 28290” qeyd etməyiniz xahiş olunur.

  • Daily42
  • Weekly349
  • Monthly2029