Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
- Analitik təhlil,strateji düşünmə,statistic,riyazi biliklər və problem həlletmə,idarəetmə bacarığı
- MS office proqram paketini yaxşı səviyyədə bilməli;
- Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı
Vəzifə Öhdəlikləri:
- Sahə fəaliyyətlərinin tərtib edilməsi və tədbiq edilməsi
- Layihə təkliflərinin verilməsi və komanda şəklində icra olunmasını təmin edilməsi
- Bazar dinamikalarının, rəqabətin analiz edilməsi və uyğun tədbirlərin alınmasına nəzarət və bununla bağlı rəhbərliyə hesabatın verilməsi
- Kateqoriyanın verdiyi strategiyaların tədbiq olunması və satışla konsensus saxlanılması
- Mağaza daxili performansın ölçülməsi və dəyərləndirilməsi
- Mağaza daxili tədbirlərin planlaşdırılması
- Aylıq, rüblik, illik tədbirlər planlarının hazırlanması və tədbiq olunması
- Satış və məhsul qrupunun arasında komunikassiya yaratmaq
- Aylıq satış hərəkətləri, məhsuldarlıq, sahə performansı, satış rəqabət məlumatlarının analizi və aydiyyəti bölmələrlə paylaşılması
- Yeni məhsulların bazarda yerləşdirilməsi və satış öncəsi satınalma nöqtəsi və satışa dəstək olacaq alətlərin kateqoriya və satışla koordinasiyalı şəkildə hazırlanması
- Sahə ziyarətləri və ziyarət sonrası hesabatların hazırlanaraq tədbirlərin alınmasının təmin edilməsi
- Aylıq portfel hesabatlarının hazırlanması və rəhbərə təqdim olunması
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ticari Marketinq üzrə Bölmə rəisi (Yağ, sous, duz kateqoriyası üzrə)” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
Həftə içi 5 gün
İş Yeri:
Bakı şəhəri