Yeməkxana Nəzarətçisi

  • Deadline 8 Avqust 2025

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

  • Ali təhsil (qida texnologiyası, xidmət sahəsi üstünlükdür).
  • Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi.
  • Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik.
  • Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı.
  • Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti.
  • Yüksək məsuliyyət və diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə çalışan işçilər üçün isti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, çərəz və məzələrin, kulinar məmulatların hazırlanması və hazırlatdırılması.
  • Xörək əlavələrinin və qəlyanaltılarının müxtəlif növlərinin hazırlanması; ətdən, balıqdan, tərəvəzdən, yarmalardan pörtlədilmiş, qızardılmış, bişirilmiş əsas xörəklərin hazırlanması və hazırlatdırılması.
  • Mal, qoyun, quş ətindən paylı yarımfabrikatların hazırlanması, hazır xörəklərin bişirilməsi və paylaşdırılmasıını təmin etmək.
  • Menyuda yer alan məhsulların resepturalarının hazırlanmasını təmin etmək.
  • Müxtəlif növ avadanlıqların rasional iş rejimini nəzərdə saxlanılması, müəyyən müddətlərdə təmirinin sağlanması.
  • Xərclərin optimallaşdırılması və mətbəx büdcəsinə nəzarət etmək.
  • Yeməkxananın təmizliyinə nəzarət etmək.
  • Yeməkxananın təmizliyinə və gigiyena vəziyyətinə nəzarət etmək.
  • İstifadə olunan qab-qaşıq və digər camaşırların təmizliyinin təmin edilməsini təmin etmək.
  • Yeməkxanaya gələn qonaqları qarşılayıb rahat yerləşdirilməsini və yemək xidmətinin göstərilməsini təşkil etmək.
  • Yeməkxana üçün lazım olan mal və materialların siyahısını hazırlamaq və onların alınmasını təmin etmək.
  • Yeməkxanada sıradan çıxmış hissələr, stol-stul və digər avadanlıqların çıxarılmasını həyata keçirmək.
  • Mal-materialların təhvil-təslim işlərini aparmaq və stok vəziyyəti barədə rəhbərliyə məlumat vermək.
  • Yeməkxanada baş verən hər hansı hadisə barədə bağlı olduğu rəhbərliyə vaxtında məlumat vermək.
  • Əməyin mühafizəsi, təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara tam əməl etmək.
  • İş zamanı özünün və digər işçilərin təhlükəsizliyini təmin etmək, həyati təhlükəli mənbələrdə şəxsi icazə olmadan iş görməmək.
  • Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalar və qaydalara uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.
  • Əməyin mühafizəsi qaydalarının pozulması, qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək.
  • Qida təhlükəsizliyi ilə bağlı iş prosesində və məhsul istehsalı zamanı yarana biləcək risklərə görə məsuliyyət daşımaq.

İş vaxtı:

  • Həftə içi 5 gün (09:00-18:00)

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

  • İmişli rayonu
  • Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Yeməkxana nəzarətçisi” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly251
  • Monthly802